Ukrayna: "Rusiyanın 9 pilotsuz təyyarəsini və 3 raketini vurduq"


Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada, Rusiyanın gecə ərzində Ukrayna ərazisinə 14 pilotsuz təyyarə hücumu təşkil etdiyi və 9 pilotsuz təyyarə və 3 raketin məhv edildiyi bildirilib.

Turkustan.az xəbər verir ki, Ukrayna ilə Rusiya arasında müharibənin üçüncü ilinə girdiyi bir vaxtda hücumlar fasiləsiz olaraq davam edir. Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Rusiyanın Ukrayna ərazisinə raketlər yağdırdığı və gecə ərzində 14 pilotsuz təyyarə hücumu həyata keçirdiyi bildirilib. Açıqlamada, hava hücumundan müdafiə sistemlərinin Xarkov və Dnepropetrovsk bölgələri üzərində 9 pilotsuz uçan aparatı vurduğu, 3 raketi məhv etdiyi bildirilib. Açıqlamada Rusiyanın da zenit-raket sistemlərindən 2 ədəd S-300 raketi və 1 ədəd hava-yer tipli Kh-31P raketi atdığı, məhv edilə bilməyən raket və pilotsuz uçan aparatların vəziyyətinin açıqlanmadığı bildirilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ