Blinken həftə sonu Yaxın Şərqə gedəcək


İsrailin Qəzzaya hücumları davam edərkən, ABŞ dövlət katibi Antoni Blinkenin bu həftə sonu Yaxın Şərqə gedərək Qəzzadakı vəziyyətlə bağlı diplomatik təmaslar aparacağı bildirilib.

Turkustan.az xəbər verir ki, Ağ Ev və ABŞ Dövlət Departamenti rəsmiləri Blinkenin həftə sonu bölgəyə səfəri ilə bağlı açıqlama verib.

Buna görə, Blinken Qəzzada qarşıdurmaların sona çatmasından sonra bölgədəki vəziyyət, bu prosesdə Qəzzənin necə idarə ediləcəyi, fələstinlilərə humanitar yardımın çatdırılması və digər məsələlərlə bağlı qiymətləndirmələr çərçivəsində tərəflərlə müxtəlif təmaslar keçirəcək.

7 oktyabr 2023-cü il tarixindən etibarən 4 dəfə bölgəyə gələn Blinkenin yeni səfərinin təfərrüatlarının ABŞ Dövlət Departamenti tərəfindən yaxın günlərdə açıqlanması gözlənilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ