Antoni Blinkenin çalıb-oxumağı da varmış - VİDEO


ABŞ Dövlət katibi Antoni Blinkenin musiqi alətində çalmaq və mahnı ifa etmək bacarığını əks etdirən video sosial şəbəkələrdə maraqla qarşılanıb.

Turkustan.az saytı xəbər verir ki, 28 sentyabr 2023-cü il tarixində internetə yüklənmiş video 2 ay ərzində 350 minə yaxın izləyici baxışı qazanıb.

Antoni Blinken Dövlət Departamentində təşkil olunmuş Qlobal Musiqi Diplomatiyası Təşəbbüsünün açılış mərasimində gitara çalıb və “Hoochie Coochie Man” mahnısını ifa edib.

"Mən bu axşam musiqi və diplomatiyanı birləşdirmək fürsətini qaçıra bilmədim. Dövlət Departamentinin yeni Qlobal Musiqi Diplomatiyası Təşəbbüsünü başlatmaqdan çox məmnun oldum" - Dövlət katibi Blinken mərasim zamanı deyib.

Modern.az həmin videonu təqdim edir: /Modern.az/


MANŞET XƏBƏRLƏRİ