Rəisi 50 ölkənin prezidentinə məktubunda nə yazıb?


İran Prezidenti İbrahim Rəisi 50 ölkənin prezidentinə məktub yazıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, Rəisi Rusiya, Çin, Türkiyə, Qazaxıstan və Cənubi Afrika da daxil olmaqla 50 ölkənin prezidentinə məktub ünvanlayıb. Məktubda Qəzza zolağında yaşananlara görə İsrailə koordinasiyalı təzyiq həyata keçirməyə çağırış edib.

Həmçinin Qərb ölkələri və ABŞ-ın Qəzzada baş verənlərə iklili standartlar çərçivəsində yanaşdığı qeyd olunub.

Rəisi ölkələrdən İsrailə təzyiq üçün bütün mövcud vasitələrdən istifadə etməyi, o cümlədən ticarət və siyasi əməkdaşlığı, kommunikasiyaları dayandırmağı xahiş edib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ