Stoltenberq: NATO 2023-cü ilin sonuna qədər kvant texnologiyası strategiyası hazırlayacaq


NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO bu ilin sonuna qədər kvant texnologiyası strategiyasını hazırlayacaq.

Turkustan.az xəbər verir ki, Stoltenberq Danimarkanın paytaxtı Kopenhagendə baş nazir Mette Frederiksen ilə birlikdə "2023 Kvant Konfransı"na qatılıb.

Stoltenberq buradakı çıxışında NATO-nun yeni texnologiyalarla ayaqlaşmağa davam etdiyini ifadə edərək, "Dağıdıcı texnologiyaların sürətlə yayılması ilə biz də kvant sahəsi daxil olmaqla yeni texnologiyalara daha çox uyğunlaşmalıyıq" dedi.

NATO-nun ilin sonuna qədər kvant strategiyası hazırlayacağını bildirən Stoltenberq, NATO-nun imkanlarını doğru texnologiyalarla birləşdirərək texnologiyaların düşməncəsinə istifadəsinə qarşı hazır olacağını bildirib.

Stoltenberq daha sonra Danimarkanın müdafiə naziri Troels Lund Poulsen ilə birlikdə NATO-nun yeni sürətləndirici saytı olan "Deep Tech Lab-Quantum"u açıb.

NATO-dan verilən yazılı açıqlamada, yeni laboratoriyanın NATO-nun “Şimali Atlantika-DIANA üçün Müdafiə İnnovasiya Sürətləndiricisi” adlı sürətləndirici proqramı çərçivəsində kvant dəstəkli həlləri bazara çıxarmaq üçün Alyans daxilində start-uplara imkan verəcək.

"DIANA NATO ölkələri üzrə sınaq mərkəzləri və sürətləndirici saytlar şəbəkəsindən ibarətdir, burada innovatorlar aktual təhlükəsizlik problemlərini həll etmək üçün yeni texnologiyalar hazırlayır. Kopenhagendəki Dərin Texnologiya Laboratoriyası-Kvant 2023-cü ildə istifadəyə verilmiş beş pilot sürətləndirici saytdan biridir", - deyə məlumatda bildirilir. ..

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ