Estoniyanın baş naziri Kaja Kallas İstanbul Pravoslav Patriarxlığının patriarxı və arxiyepiskopu I Varfolomey-in ölkəsinə səfəri zamanı qalmaqal yaradıb.
Turkustan.az xəbər verir ki, Arxiyepiskopu qarşıladığı anları sosial media hesabında paylaşan Kallas, I Bartolomey üçün "Konstantinopol arxiyepiskopu" şərhindən istifadə edib.
Ayasofyanın məscidə çevrilməsi ilə pik həddinə çatan Yunanıstanın “Ellenizm” xəyalında Estoniyanın baş naziri Kaja Kallas da iştirak edirdi.
İstanbul Ortodoks Patriarxlığının patriarxı və arxiyepiskopu I Varfolomey Şimali Avropa ölkəsi Estoniyaya səfər edib. Səfər çərçivəsində I Varfolomey Estoniyanın Baş naziri Kaja Kallas ilə də görüşüb.
Kallas sosial media hesabında I Varfolomeyi Tallin hökumət evinin qapısında qarşıladığı anları video ilə paylaşıb.
Bununla belə, Kallas sözügedən yazıda böyük qalmaqal yaradıb. Estoniyanın baş naziri postunda İstanbul Ortodoks Patriarxlığının patriarxı və arxiyepiskopu I Bartholomeosu “Konstantinopol arxiyepiskopu və ekumenik patriarx” kimi xarakterizə edərək, “Bartholomeos hazırda Estoniyada səfərdədir” deyib.
24 iyul 2020-ci ildə Ayasofyanın yenidən məscid kimi açılması Yunanıstanda böyük həzmsizlik yaradıb.
Xüsusilə yunan siyasətçiləri İstanbulun adını “Konstantinopol” kimi təqdim etməklə ölkədə müxtəlif təxribat cəhdləri edilib.
Eltac/Turkustan.az