Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə indiyədək ən böyük əsir mübadiləsinin həyata keçiriləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Zelenski bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və Trampın kürəkəni, xüsusi nümayəndəsi Cared Kuşnerlə İrlandiyanın paytaxtı Dublində keçirdiyi görüşdən sonra danışıb.
Mətbuata açıqlama verən Zelenski bildirib ki, aparılan danışıqlar müharibənin başa çatacağına dair ümid yaradır.
O, növbəti görüşdə Avropa ölkələrinin də danışıqlar masasında təmsil olunacağını qeyd edib. Ukrayna liderinin sözlərinə görə, hər görüş konkret nəticə verməli və tərəfləri qarşıya qoyulan məqsədə yaxınlaşdırmalıdır.
Zelenski, həmçinin Rusiya ilə əsir mübadiləsinin həyata keçiriləcəyini və bunun indiyədək ən böyük mübadilə olacağını vurğulayıb.
Aytən Yaşar/Turkustan.az