Heqset: Bizə muxtar müharibə komandanlığı lazımdır


ABŞ-ın müdafiə naziri Pit Heqset muxtar müharibə texnologiyalarının inkişafı üçün orduda ayrıca komandanlığın yaradıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, o, bu barədə Vaşinqtonda ABŞ Ordu Assosiasiyasının (AUSA) illik toplantısında danışıb.

Heqset ABŞ Silahlı Qüvvələrinə robot texnologiyalarının, süni intellektin və milyonlarla pilotsuz uçuş aparatının (PUA) inteqrasiya ediləcəyini bildirib.

Nazirin sözlərinə görə, Tramp administrasiyasının təklif etdiyi 1,5 trilyon dollarlıq hərbi büdcədən 54-74 milyard dolların dronların və dron əleyhinə texnologiyaların inkişafına ayrılması nəzərdə tutulur.

Çinin hərbi potensialına toxunan Heqset bu ölkənin muxtar texnologiyalara yatırımlarının ciddi çağırış yaratdığını vurğulayıb. O, ABŞ-ın Rusiya-Ukrayna müharibəsindən əldə etdiyi təcrübədən yararlanaraq yeni texnologiyalar hazırladığını və dronlarla bağlı tədqiqatlara 1 milyard dollar ayrıldığını qeyd edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ