NATO-nun baş katibi Mark Rutte Rusiyanın alyans üzvlərinə qarşı hibrid və kiberhücumlarına cavab verməyə hazır olduqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Rutte bu cavabların hər zaman açıq şəkildə görünməyəcəyini də vurğulayıb.
NATO-nun baş katibi Estoniyanın paytaxtı Tallində ölkənin baş naziri Kristen Mixalla birgə keçirdiyi mətbuat konfransında çıxış edib.
Rusiyanın Avropaya qarşı “kölgə müharibəsi” apardığı və İran kimi “terrorizmin sponsoru” hesab edilməli olub-olmadığı barədə suala cavab verən Rutte Moskvanın hibrid fəaliyyətlərinə qarşı hazırlıqlı olduqlarını qeyd edib.
“Rusiyanın həyata keçirdiyi bütün bu hibrid, kiber və digər fəaliyyətlərə qarşı təlim keçmişik və müqavimət göstərməyə hazırıq. Lazım olan bütün cavab variantlarımız var. Lazım olan yerdə cavab verəcəyik. Təkrar edirəm, bu, həmişə görünməyəcək”, – deyə, Rutte bildirib.
Aytən Yaşar/Turkustan.az