ABŞ Prezidenti Donald Tramp administrasiyasının qanunsuz miqrantları dəniz yolu ilə Mərkəzi və Cənubi Amerika ölkələrinə deportasiya etməyi nəzərdən keçirdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, “The New York Times” qəzetinə danışan iki rəsminin sözlərinə görə, administrasiya miqrantların kütləvi deportasiyasını həyata keçirmək üçün müxtəlif variantları araşdırır.
Mənbələr bildiriblər ki, Tramp administrasiyası qanunsuz miqrantların Mərkəzi və Cənubi Amerika ölkələrinə göndərilməsi üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin təlim gəmilərindən və bərələrdən istifadə etməyi nəzərdən keçirir.
Rəsmilərin sözlərinə görə, son həftələrdə bu məsələ ilə bağlı aparılan müzakirələr hələ ilkin mərhələdədir. İstifadəsi nəzərdən keçirilən gəmilərdən biri Kaliforniyada yerləşən və Dənizçilik Akademiyasının istifadə etdiyi “Golden Bear” təlim gəmisidir.
Aytən Yaşar/ Turkustan.az