Türkiyə ordusunun keçmiş Baş Qərargah rəisi, istefada olan ordu generalı Metin Güraka Azərbaycanın “Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə” medalı təqdim olunub.
Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, medal 2025-ci ildə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə verilib.
Medal və ona aid vəsiqə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov tərəfindən Metin Güraka təqdim edilib./Globalinfo.az