Tramp: Seçkilərə qədər İrana hücum etməyəcəyik


ABŞ Prezidenti Donald Tramp 3 noyabrda keçiriləcək ara seçkilərə qədər İrana qarşı heç bir hücum etməyəcəklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında İranla müharibənin gedişatı ilə bağlı açıqlama verib.

O, Tehranla məhsuldar danışıqlar apardıqlarını bildirib. Tramp İranın həm iqtisadi, həm də hərbi baxımdan “çox pis vəziyyətdə” olduğunu, eyni zamanda Hörmüz boğazından hər gün milyonlarla barel neftin keçdiyini qeyd edib.

ABŞ Prezidenti vurğulayıb ki, 3 noyabrda ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl İrana heç vaxt hücum etməyəcəklər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ