Trampın hücum planı üzə çıxdı: Seçkilər təxirə düşə bilər


İsrail mediası ABŞ Prezidenti Donald Trampın oktyabrın 27-də keçiriləcək İsrail parlament seçkilərindən əvvəl İrana hücum etməyi planlaşdırdığını iddia edib.

Turkustan.az xəbər verir ki, İsrailin 12-ci Kanal televiziyasının məlumatına görə, İsrail Baş Qərargahının rəisi Eyal Zamir keçirdiyi görüşlərdə ABŞ rəsmilərinə İrana mümkün hücumun İsraildə seçkilərin təxirə salınmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Görüşlərin üzbəüz, yoxsa telefon vasitəsilə keçirildiyi açıqlanmayıb.

Məlumata görə, ABŞ rəsmiləri Zamirə ABŞ ordusunun qarşıdakı üç həftə ərzində İrana qarşı hücumları bərpa etməyə hazırlaşdığını bildiriblər.

İsrail mediasının yazdığına görə, Zamir İranın ABŞ-ın mümkün hücumuna İsrailə raket zərbələri endirməklə cavab verə biləcəyini və bunun da ölkədə parlament seçkilərinin təxirə salınmasına gətirib çıxara biləcəyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ