Paşinyan Azərbaycan mahnısını ilə videosunu paylaşdı – "Sizi sevirəm"


Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənbaşında səhər velosiped yürüşündən sonra Azərbaycan mahnısını dinlədiyi video paylaşıb.

Turkustan.az xəbər verir ki, onun “Instagram” hesabında yayımladığı videoda Dərya Eyvazovanın “Aram-aram” mahnısı səslənir.

Paşinyan paylaşımına “Sabahınız xeyir, gününüz xoş keçsin, sizi sevirəm” sözlərini yazıb.

Qeyd edək ki, Dərya Eyvazova “Azərbaycanın səsi 2017” müsabiqəsində iştirak edib. “Aram-aram” mahnısının klipi isə Bakıda çəkilib./modern.az


MANŞET XƏBƏRLƏRİ