Rusiya Prezidenti Vladimir Putin “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması ilə bağlı Azərbaycanın mövqeyini açıqlayıb.
Turkustan.az Bakupost-a istinadən xəbər verir ki, Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bu mövzuya toxunub.
O qeyd edib ki, Moskva layihənin həyata keçirilməsi üçün kredit vəsaiti ayırmağa hazırdır.
Onun sözlərinə görə, hazırda əsas məsələ İranın öz üzərinə düşən işləri yerinə yetirməsidir.
Putin xüsusi olaraq vurğulayıb ki, marşrutun mühüm hissəsi Azərbaycan ərazisindən keçməlidir və bu istiqamətdə Bakı ilə fikir ayrılığı yoxdur.