Suriya hökuməti Livandakı Hizbullah rəsmiləri ilə Suriya rəsmilərinin Türkiyədə görüşdüyü barədə xəbərləri təkzib edib.
Turkustan.az xəbər verir ki, Suriya İnformasiya Nazirliyinin Xarici Media Departamentinin rəsmi “X” hesabında “Reuters”in yaydığı iddialarla bağlı açıqlama verilib.
Bəyanatda bildirilib: “Bu iddialar həqiqəti əks etdirmir. Belə bir görüş baş tutmayıb”.
Qeyd edək ki, “Reuters” Suriya hökuməti ilə Livanda fəaliyyət göstərən Hizbullah nümayəndələrinin aralarındakı gərginliyi azaltmaq məqsədilə Türkiyədə üz-üzə görüş keçirdiyini iddia edib.
Aytən Yaşar/ Turkustan.az