Pentaqon Yaxın Şərqə 10 min əsgər göndərəcək.
Turkustan.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bölgəyə üçüncü təyyarədaşıyan zərbə qrupu və əlavə dəniz piyada gəmiləri göndəriləcək. Yeni əsgərlərin, piyadaların və qırıcı təyyarələrin noyabr ayının sonuna qədər Yaxın Şərqdə olacağı gözlənilir.
Donlad Tramp daha əvvəl İranla bağlanan müqaviləyə artıq inanmadığını və İslam Respublikasının məhv edilməsi ehtimalını nəzərdən keçirdiyini bildirmişdi./Bakıvaxtı.az