Rusiya Prezidenti Vladimir Putin İranın nüvə proqramı ilə bağlı danışıqlarda Tehranın mövqeyinin sərtləşməsində ABŞ-ın hərəkətlərinin rol oynadığını bildirib.
Turkustan.az xəbər verir ki, Putin Valday Beynəlxalq Müzakirə Klubunun plenar iclasında Qərbi Asiyada Rusiyanın rolu ilə bağlı suala cavab verərkən dəniz yollarının açıq saxlanılmasının Moskvanın marağında olduğunu deyib.
Rusiya lideri İranın sanksiyaların aradan qaldırılması istiqamətində atdığı addımları dəstəklədiklərini və nüvə proqramı ilə bağlı danışıqlarda müəyyən təkliflər irəli sürdüklərini bildirib. Onun sözlərinə görə, İranın 60 faizə qədər zənginləşdirilmiş uranının Rusiyaya göndərilməsi variantı da müzakirə olunan təkliflər sırasında olub.
Putin iddia edib ki, İran tərəfi də uranın Rusiyaya köçürülməsi variantına razılıq verib. Lakin onun sözlərinə görə, ABŞ-ın İrana qarşı hücumları və Tehranın özünü müdafiə etmək məcburiyyətində qalması danışıqlar prosesinə təsir edib.
Putin həmçinin Əli Laricaninin öldürülməsini qeyd edərək bildirib ki, belə hadisələrdən sonra İran rəhbərliyi nüvə məsələsində mövqeyini daha da sərtləşdirmək qərarına gəlib./Globalinfo.az