"Heç vaxt hansısa ölkəyə qarşı iküzlülük, riyakarlıq göstərməmişik".
Turkustan.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
"Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik", - deyən dövlətimizin başçısı qeyd edib ki, amma biz heç vaxt onlar kimi ola bilmərik.
Prezident, həmçinin vurğulayıb: "Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür".