İsrail Baş Qərargah rəisi Əyal Zamirin ABŞ-a planlaşdırılan səfərinin ləğv edildiyi bildirilir.
Turkustan.az xəbər verir ki, Zamirin təxminən bir həftə yarım sonra baş tutması nəzərdə tutulan səfəri ölkədəki mövcud təhlükəsizlik vəziyyəti və ordunun bütün cəbhələrdə yüksək hazırlıq vəziyyətinə gətirilməsi səbəbindən ləğv edilib.
Səfər çərçivəsində Zamirin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə görüşməsi planlaşdırılırdı.
Görüşlərdə İsrail və ABŞ hərbçiləri arasında əməkdaşlığın, həmçinin İran və regiondakı digər təhlükəsizlik təhdidlərinin müzakirəsi nəzərdə tutulurdu.
“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Zamir amerikalı həmkarlarına səfərini ləğv etdiyini bildirib və qərarını İsraildəki təhlükəsizlik vəziyyəti, eləcə də ordunun bütün cəbhələrdə yüksək hazırlıq səviyyəsində olması ilə əsaslandırıb.
Aytən Yaşar/ Turkustan.az