İsrailin Baş naziri Benyamin Netanyahu ümumi seçkilərdən qısa müddət əvvəl ölkəsinə qarşı xarici hücum hazırlığı ilə bağlı əlamətlərin olduğunu iddia edib.
Turkustan.az xəbər verir ki, Netanyahu İsrail Hərbi Hava Qüvvələrinin Tel Nof hava bazasında çıxışı zamanı mümkün hücumun arxasında dayandığını iddia etdiyi tərəflərin adını açıqlamayıb. O, həmçinin İsrailin işğal olunmuş ərazilərdən geri çəkilməyəcəyini bildirib.
Netanyahu ABŞ-da yerləşən X sosial şəbəkəsindəki hesabında paylaşdığı açıqlamada mümkün düşmənlərinə xəbərdarlıq edib.
Rəy sorğularında populyarlığının azaldığı bir vaxtda Netanyahu 27 oktyabrda keçiriləcək ümumi seçkilər ərəfəsində İsrailə qarşı xarici hücum hazırlığına dair əlamətlərin olduğunu irəli sürüb.
Aytən Yaşar/ Turkustan.az