Azərbaycan millisi Ermənistanla qarşılaşacaq


Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir.

Turkustan.az xəbər verir ki, Azərbaycan yığmaları bu gün növbəti oyunlarını keçirəcəklər.

7-ci turda kişi şahmatçılarımız Yunanıstanla qarşılaşacaq.

Qadınlar komandamız isə Ermənistanla üz-üzə gələcək.

Kişilərdən ibarət kollektiv 6 turdan sonra 10 xalla 12-ci, qadınlardan ibarət seçmə 10 xalla 9-cu pillədə qərarlaşıb.


MANŞET XƏBƏRLƏRİ