Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşündə “Patriot” hava hücumundan müdafiə sistemləri və digər silahların alınması ilə bağlı sifariş verdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Zelenski “Wall Street Journal”a müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
O, Trampla dünənki görüşündə qış başlamazdan əvvəl “Patriot” sistemləri və digər hərbi texnologiyaların alınmasının müzakirə edildiyini bildirib.
Zelenski enerjinin Tramp üçün prioritet olaraq qaldığını qeyd edib. Onun sözlərinə görə, ABŞ Prezidenti enerji sahəsində atəşkəs əldə olunması üçün danışıqlar aparmağa çalışa bilər.
Ukrayna Prezidenti həmçinin Ukrayna qüvvələrinin Rusiyanın neft emalı gücünün 45 faizini məhv etdiyini iddia edib. Zelenski bildirib ki, döyüş meydanındakı vəziyyət Rusiya Prezidenti Vladimir Putin üçün uğurlu deyil və Moskva müharibədə qələbə qazanmır.
Aytən Yaşar/ Turkustan.az