BMT Baş katibi Antonio Quterreş Fələstin məsələsində iki dövlətli həllə dəstəyin konkret addımlarla müşayiət olunmasının vacibliyini bildirib.
Turkustan.az xəbər verir ki, Quterreş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən “İki Dövlətli Həll Yolu və Qəzza üçün Hərtərəfli Sülh Planı üzrə Yüksək Səviyyəli Beynəlxalq Görüş”də çıxış edib.
O, ötən il bir sıra ölkələrin Fələstin Dövlətini tanıdığını xatırladaraq bildirib ki, fələstinlilər və israillilər üçün davamlı sülh və təhlükəsizliyin təmin edilməsinin ən etibarlı yolu 1967-ci ildən əvvəlki sərhədlər əsasında iki dövlətli həllin həyata keçirilməsidir.
Quterreşin sözlərinə görə, bu yanaşma beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və əvvəlki razılaşmalara uyğun olmalıdır.
BMT Baş katibi həmçinin işğal olunmuş Fələstin ərazilərində müstəqil, demokratik, ərazi bütövlüyünə malik, davamlı və suveren Fələstin dövlətinin qurulması üçün zəruri şərtlərin sistemli şəkildə aradan qaldırıldığını bildirib.
Aytən Yaşar/ Turkustan.az