ABŞ Türkiyənin “Golden Global Bankı” və onun iki törəmə strukturunu İrana qarşı tətbiq olunan sanksiyalar siyahısına daxil edib.
Turkustan.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi amerikalı şəxslərə sentyabrın 19-dək “Golden Global” və onun törəmə qurumları ilə maliyyə əməliyyatlarının dayandırılması üçün zəruri tranzaksiyaları həyata keçirməyə icazə verən ümumi lisenziya təqdim edib.
Xatırladaq ki, ABŞ maliyyə naziri Skott Bessent avqustun 31-də banka qarşı sanksiyaların tətbiq ediləcəyini açıqlayıb. O, tədbirin İranla əlaqəli maliyyə əməliyyatları ilə bağlı olduğunu bildirib. Bessent ABŞ-ın bu addımla sanksiyalardan yayınmağa çalışan tərəfləri müəyyən etdiyini vurğulayıb və baş verənləri “maliyyə zorakılığı” adlandırıb./Globalinfo.az