Tramp: Mən olmasaydım, İsrail yox olardı


ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmayacağını bir daha bəyan edib. O, İrana qarşı tətbiq edilən iqtisadi təzyiqin nəticə verdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp “Fox News”a müsahibəsində ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibə barədə danışıb.

ABŞ Prezidenti İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq Körfəz ölkələrinə zərbələr endirməsindən, özü də daxil olmaqla, hər kəsin təəccübləndiyini deyib.

Tramp İranın nüvə silahına sahib olmasının region və dünya üçün ciddi təhlükə yaradacağını iddia edib. Onun sözlərinə görə, Tehran nüvə silahına malik olsaydı, bundan istifadə edə bilərdi ki, bu da İsrailin və Yaxın Şərqin məhv edilməsinə, daha sonra isə Avropa və ABŞ-ın hədəfə çevrilməsinə gətirib çıxara bilərdi.

Tramp həmçinin bildirib: “Əgər mən ABŞ Prezidenti olmasaydım, İsrail artıq mövcud olmayacaqdı. Yaxın Şərq də yəqin ki, mövcud olmazdı".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ