Hakan Fidan İstanbulda pakistanlı həmkarı ilə görüşdü


Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Turkustan.az xəbər verir ki, diplomatik mənbələrin məlumatına görə, görüş Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul Nümayəndəliyində keçirilib. Tərəflər görüş zamanı ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

Görüşün digər detalları barədə əlavə məlumat verilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ