İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın Hörmüz boğazı yaxınlığındakı Xark adasına hücumuna cavab veriləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, qurum hücum nəticəsində İran hərbçiləri və mülki şəxslər arasında ölən və yaralananların olduğunu bildirib.
İran mediasının məlumatına görə, ABŞ-ın Xark adasına zərbəsindən sonra ərazidə partlayış səsləri eşidilib. İranın Fars Xəbər Agentliyi partlayışların baş verdiyini, lakin onların dəqiq yeri və səbəbinin ilkin olaraq məlum olmadığını bildirib.
İranın Tasnim Xəbər Agentliyi isə Xark adasındakı bir əraziyə PUA hücumu həyata keçirildiyini yazıb. Agentlik qeyri-rəsmi mənbələrə istinadən hücum nəticəsində iki nəfərin öldüyünü, iki nəfərin yaralandığını bildirib.
İnqilab Keşikçiləri isə ABŞ-ın hücumunu təsdiqləyərək ölən və yaralananların olduğunu açıqlayıb və hücuma cavab veriləcəyini bəyan edib.
Aytən Yaşar/ Turkustan.az