Ərdoğan Qırğızıstana səfərə yollandı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə səfər edib.

Turkustan.az xəbər verir ki, Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğanı və nümayəndə heyətini daşıyan şəxsi təyyarə saat 09:00-da Ankara Hava Limanından Bişkekə yola düşüb.

Prezident Ərdoğanı hava limanında vitse-prezident Cevdet Yılmaz, Prezidentin baş katibi Hakkı Susmaz, Ankara valisi Yakup Canbolat və digər rəsmi şəxslər yola salıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ