Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran tərəfindən göndərilən pilotsuz uçuş aparatının (PUA) ölkənin ərazi suları üzərində zərərsizləşdirildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyinin ABŞ-da yerləşən X sosial media platformasında yayımladığı açıqlamada ölkə Silahlı Qüvvələrinin bütün mümkün təhdidlərə qarşı “tam hazırlıqlı” olduğu bildirilib.
Bəyanatda qeyd olunub ki, İrandan göndərilən PUA BƏƏ-nin ərazi suları üzərində zərərsizləşdirilib. Həmçinin ölkənin hava hücumundan müdafiə sistemlərinin fasiləsiz şəkildə hazır vəziyyətdə saxlanıldığı vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az