Yəməndə husi qüvvələri ("Ənsar Allah") Səudiyyə Ərəbistanının dəstəklədiyi hərbi texnika karvanına qarşı ağır zərbə endirib.
Turkustan.az xəbər verir ki, SEPAH-a (İran İslam İnqilabı Keşikçiləri Korpusu) yaxın Telegram kanallarında paylaşılan videoda Səudiyyə Ərəbistanın dəstəklədiyi iddia olunan hərbi karvanın səhra zonasında irəliləyərkən pusquya düşdüyü görünür.
Kadrlarda əvvəlcədən minalanmış əraziyə daxil olan çoxsaylı hərbi maşınları və zirehli texnikaları eyni vaxtda vurulduğu görünür.
/musavat.com/