Azərbaycan dizeli Ermənistana neçəyə satıb?


Bu ilin may ayında Azərbaycandan Ermənistana 1 465,55 ton dizel yanacağı ixrac olunub.

Turkustan.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan dizelin ümumi dəyəri 1 milyon 620 min 590 dollar olub.

Qeyd edək ki, Azərbaycandan Ermənistana göndərilən dizelin 1 litrinin orta gömrük dəyəri 1 manat 58 qəpik (0,93 dollar) olub.

Onu da bildirək ki, bu ilin ilk 5 ayında Ermənistana 10 048,32 ton dizel göndərilib. Bu dövrdə dizelin 1 litrinin orta gömrük dəyəri 1 manat 34 qəpik (0,79 dollar) olub. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ