İran 28 fevralda ABŞ və İsrailin hücumları ilə başlayan müharibə zamanı vurduğunu bildirdiyi ABŞ və İsrailə məxsus hərbi təyyarə və pilotsuz uçuş aparatlarının qalıqlarını nümayiş etdirib.
Turkustan.az xəbər verir ki, İran dövlət mediası ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilən ABŞ-ın MQ-9 Reaper və İsrailin Hermes-900 pilotsuz uçuş aparatları, eləcə də qırıcı təyyarələrin qalıqlarının saxlanıldığı yeraltı anbarın görüntülərini yayımlayıb.
Görüntülərdə əsasən bütöv vəziyyətdə olan, üzərində 923 seriya nömrəsi görünən İsrailə məxsus Hermes-900 pilotsuz uçuş aparatı diqqət çəkib. İran tərəfi onun “yeni hava hücumundan müdafiə sistemləri” tərəfindən vurulduğunu bildirib.
Videoda, həmçinin müharibənin başlanmasından bəri vurulduğu iddia edilən çoxsaylı ABŞ MQ-9 Reaper dronlarının qalıqları, C-130 Hercules hərbi-nəqliyyat təyyarəsinə aid hissə, vurulan qırıcı təyyarənin kabinəsi və digər pilotsuz uçuş aparatlarının qalıqları göstərilib.

Aytən Yaşar/ Turkustan.az