Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə sazişi imzalandı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir günlük işgüzar səfər çərçivəsində Səudiyyə Ərəbistanına gedib.

Turkustan.az xəbər verir ki, səfər zamanı Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli birgə müdafiə sazişi imzalanıb. Sazişə əsasən, tərəflərdən hər hansı birinə qarşı silahlı hücum digər iki ölkəyə qarşı da hücum hesab ediləcək.

Məkkədə keçirilən üçtərəfli görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif iştirak ediblər.

Görüş çərçivəsində “Türkiyə–Səudiyyə Ərəbistanı–Pakistan Məkkə Birgə Müdafiə Sazişi” imzalanıb.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin yaydığı birgə bəyanatda Ərdoğan və Şahbaz Şərifin Səudiyyə Ərəbistanına səfər etdiyi və Məkkə Birgə Müdafiə Zirvəsinin Səfa Sarayında keçirildiyi bildirilib.

Zirvə görüşündə üç ölkə arasında münasibətlər, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ