İspaniya hökuməti Seutaya qeyri-qanuni miqrant axınından sonra İtaliyanın tətbiq etdiyi sərhəd nəzarətinin bazar gününə qədər ləğv edilməməsi halında cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, İspaniya ilə İtaliya arasında gərginlik Mərakeş sərhədindən Şimali Afrikadakı İspaniyanın muxtar şəhəri Seutaya miqrant axınının artmasından sonra yaranıb.
İspaniya hökumətinin açıqlamasında bildirilib ki, İtaliya bazar gününə qədər İspaniyadan gələn sərnişinlərə tətbiq etdiyi sərhəd yoxlamalarını dayandırmasa, buna qarşılıq olaraq cavab tədbirləri görüləcək.
Madrid İtaliyanın İspaniyadan gələn sərnişinlərə qarşı əlavə yoxlamalar tətbiq etmək qərarını “ədalətsiz, Avropa İttifaqının maraqlarına zidd və İspaniya xalqına qarşı ayrı-seçkilik” kimi qiymətləndirib.
AYtən Yaşar/ Turkustan.az