ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazındakı vəziyyətlə bağlı açıqlama yayıb.
Turkustan.az xəbər verir ki, o, bildirilib ki, boğazın cənub marşrutu bütün ticarət gəmilərinin hərəkəti üçün açıq olaraq qalır.
CENTCOM-un bəyanatında qeyd olunub ki, son üç ay ərzində İranın "əsassız təcavüzünə" baxmayaraq, ABŞ qüvvələri 1000-dən çox gəminin Hörmüz boğazından təhlükəsiz şəkildə keçməsinə dəstək verib.
"Son üç ayda İranın əsassız təcavüzünə baxmayaraq, ABŞ qüvvələri mindən çox gəminin boğazdan uğurla keçməsinə kömək edib və bu keçidlər bu gün də davam edir", – deyə, açıqlamada vurğulanıb.
CENTCOM həmçinin bəyan edib ki, beynəlxalq dəniz ticarətinin təhlükəsizliyinin təmin edilməsi və Hörmüz boğazında naviqasiyanın fasiləsiz davam etdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcək.
Aytən Yaşar/ Turkustan.az