Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO


Məşhur aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib.

Turkustan.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iş onun rəhbərlik etdiyi "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlıdır.

Hüquq-mühafizə orqanlarının ilkin araşdırması nəticəsində Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

"AİD Group"un təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da dindirilib, onlarla bağlı araşdırma davam edir. Aparıcının ölkədən getməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan iddiaların isə həqiqəti əks etdirmədiyi bildirilir.

Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO


MANŞET XƏBƏRLƏRİ