Zaxarova NATO və Aİ-ni beynəlxalq terrorizmdə ittiham etdi


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO və Avropa İttifaqını (Aİ) beynəlxalq terrorizmi dəstəkləməkdə ittiham edib.

Turkustan.az xəbər verir ki, TASS agentliyinə açıqlama verən Zaxarova Ukraynanın Rusiyanın Krasnodar diyarına pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi iddia olunan hücumu şərh edib.

O bildirib ki, "Avropanın mərkəzində terrorçu rejim fəaliyyət göstərir və Ukraynada hakimiyyəti ələ keçirib. NATO ölkələri terrorizmi maliyyələşdirir. Qısa müddət əvvəl NATO və Aİ terrorizmə qarşı sıfır tolerantlıq siyasəti elan etmişdi. İndi isə onlar özləri beynəlxalq terrorizmin bir hissəsinə çevriliblər".

Rusiya tərəfinin məlumatına görə, Ukrayna ordusunun pilotsuz uçuş aparatları ilə Krasnodar diyarına təşkil etdiyi hücum nəticəsində Gelencik şəhəri yaxınlığındakı Arxipo-Osipovka kəndinin çimərliyində 8 nəfər həlak olub, 58 nəfər isə yaralanıb.

Qeyd edək ki, Zaxarovanın səsləndirdiyi ittihamlar Rusiyanın rəsmi mövqeyini əks etdirir və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ