ABŞ Prezidenti Donald Tramp siyasi karyerası başa çatdıqdan sonra bir çox Amerika media qurumunun ciddi problemlərlə üzləşəcəyini iddia edib.
Turkustan.az xəbər verir ki, Tramp bu fikirləri Ağ Ev Müxbirləri Assosiasiyasının təşkil etdiyi şam yeməyində çıxışı zamanı səsləndirib.
"Mən gedəndən sonra hamınız müflis olacaqsınız. Biznes modeliniz çökəcək", – deyə Tramp bildirib.
Onun sözlərinə görə, ABŞ-da heç bir siyasətçi ictimaiyyətin diqqətini onun qədər cəlb etmir.
"Düzdür. Mən gedəndən sonra yazacaq adam tapa bilməyəcəksiniz. Çünki heç kim digər siyasətçilərlə maraqlanmır", – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp eyni zamanda bildirib ki, Amerika mediası onun və administrasiyasının fəaliyyəti barədə əsasən mənfi materiallar dərc edir.
Aytən Yaşar/ Turkustan.az