ABŞ Prezidenti Donald Tramp növbəti prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb.
Turkustan.az xəbər verir ki, seçkilərdə qalib gələcəyinə inandığını bildirərək, "Mən bu işi idarə etməkdə çox yaxşıyam", – deyib.
Tramp Vaşinqtondakı Waldorf Astoria otelində Ağ Ev Müxbirləri Assosiasiyasının (WHCA) təşkil etdiyi şam yeməyində çıxış edib.
Tədbirdə çıxışı zamanı Tramp əvvəlcə prezidentliyə yenidən namizədliyi ilə bağlı fikirlərinin zarafat olduğunu desə də, nitqinin sonunda bu mövzunu yenidən gündəmə gətirib və növbəti seçkilərdə namizəd olacağını bəyan edib.
Qeyd edək ki, Tramp bu il aprelin 25-də keçirilən, lakin atışma səbəbindən yarımçıq qalan eyni tədbirdə də iştirak etmişdi. Bu dəfə isə həmin proqram yenidən təşkil olunub və ABŞ Prezidenti çıxış edərək gələcək siyasi planları barədə mesaj verib.
Aytən Yaşar/ Turkustan.az