Hakan Fidan ukraynalı həmkarı ilə son vəziyyəti dəyərləndirdi


Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrii Sıbiha ilə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və Qara dənizdə təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər regional təhlükəsizlik gündəmi, eləcə də münaqişə ilə bağlı son inkişaflar ətrafında fikir mübadiləsi aparıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ