CHP-dən istefa verərək Yeni Partiyanın yaradıldığını elan edən Özgür Özəl sosial media hesabında da yeni siyasi mərhələyə uyğun dəyişikliklər edib.
Turkustan.az xəbər verir ki, Özəlin X platformasındakı profilinin üz qabığı tamamilə yenilənib. Yeni dizaynda qırmızı fon üzərində "NEW Party" və "Özgür Özəl" sözləri yer alıb.
Üz qabığının sol hissəsində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün gəzərkən çəkilmiş ağ-qara fotosu və "Kəndli millətin ağasıdır" sitatı yerləşdirilib. Mərkəzdə Türkiyə bayraqları daşıyan traktor karvanı, sağ hissədə isə vətəndaşlarla birlikdə traktorun sükanı arxasında əyləşən Özgür Özəlin fotosu əks olunub.
Özəl profil şəklini də dəyişib. Yeni fotoda onun kostyum geyinərək insanları salamladığı görünür.
Bu dəyişikliklər Yeni Partiyanın elanından dərhal sonra edilib.
Bununla yanaşı, Özgür Özəlin rəhbərlik etdiyi Yeni Partiyanın loqosu da ictimaiyyətə təqdim olunub.


Aytən Yaşar/ Turkustan.az