Yaponiya və Çin arasında buzlar əriyir? Nazirlər ilk dəfə görüşdü


Yaponiyanın xarici işlər naziri Motegi Toşimitsu və Çinin xarici işlər naziri Vanq Yi 2025-ci ilin noyabrında Tayvan böhranından sonra ilk dəfə görüşüblər.

Turkustan.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, Motegi bu barədə Filippinin paytaxtı Manilada keçirilən ASEAN-ın 59-cu Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Vanq Yi ilə görüş tədbir zamanı baş tutub və tərəflər ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparıblar. Motegi vurğulayıb ki, bu, Tayvanla bağlı diplomatik gərginlikdən sonra iki ölkənin xarici işlər nazirləri arasında keçirilən ilk görüşdür.

"Bir-birimizi salamlamaq imkanı əldə etdik və ikitərəfli münasibətləri müzakirə etdik. Çin tərəfi ilə dialoqun davam etdirilməsi vacibdir. Görüşün detalları diplomatik xarakter daşıdığı üçün əlavə şərh vermək istəmirəm", – deyə, Motegi bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ