Ukrayna lazer silahlarının hazırlanması üzrə proqramları inkişaf etdirməyə davam edir. Artıq yaxın aylarda Müdafiə Qüvvələri "Şahid" tipli PUA-ları vurmağı bacaran yeni silahlar yarada bilər.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının müavini Andrey Lebedenko məlumat verib.
Lebedenkonun sözlərinə görə, Ukraynada "gələcəyin silahı" adlandırılan proqramlar üzrə iş prosesi davam edir. Bu işə həm Ukrayna Silahlı Qüvvələrinin bölmələri, həm də özəl müəssisələr cəlb olunub.
General əlavə edib ki, Ukrayna istehsalı olan bu proqramlar artıq FPV-dronlarını məhv etmək qabiliyyətinə malikdir. Hazırda isə onların Rusiya istehsalı olan "Şahid" dronlarına qarşı tətbiqi üzərində iş aparılır. /axar.az/