ABŞ İraq-İran sərhədindəki məntəqəni vurdu: ölənlər var


ABŞ Silahlı Qüvvələri İran və İraq sərhədində yerləşən "Şalamçe" sərhəd-keçid məntəqəsinin olduğu əraziyə zərbə endirib.

Turkustan.az xəbər verir ki, bu barədə "SNN" agentliyi məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində azı 2 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

Məlumata görə, sərhəd-keçid məntəqəsinin fəaliyyəti davam edir, zərərçəkənlərə hadisə yerində yardım göstərilir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ