Axios: ABŞ İrana qarşı B-1 bombardmançılarını yenidən döyüşə çıxardı


ABŞ ordusunun İrana qarşı son hərbi əməliyyatlarda yenidən B-1 bombardmançı təyyarələrindən istifadə etdiyi iddia olunur.

Turkustan.az xəbər verir ki, Axios nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Vaşinqton İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus hədəflərə zərbələr endirmək üçün B-1 bombardmançılarını yenidən döyüş əməliyyatlarına cəlb edib.

Məlumatda bildirilir ki, həmin təyyarələr Böyük Britaniyadakı hərbi hava bazasından havaya qalxıb. Uçuşların izlənməsi üzrə ixtisaslaşmış platformalarda onların İran istiqamətində hərəkət etdiyi qeyd olunub.

Xatırladaq ki, ABŞ bu təyyarələrin fevralın 28-də İrana qarşı həyata keçirilən hücumlarda istifadə olunduğunu rəsmi şəkildə təsdiqləmişdi. Lakin 12 gün əvvəl yenidən başlayan hərbi əməliyyatlarda B-1 bombardmançılarının iştirakı barədə indiyədək rəsmi məlumat açıqlanmamışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ