ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti dəfə sərt açıqlamalar verərək, Tehranın hələ razılaşmaya hazır olmadığını, lakin yaxın zamanda buna məcbur qalacağını bildirib.
Turkustan.az xəbər verir ki, cari hadisələri dəyərləndirən Tramp deyib:
"Mən bunu münaqişə adlandırıram. Bizim İran İslam Respublikası ilə münaqişəmiz var. Onlara elə güclü zərbələr endirilir ki, artıq razılaşmaq istəyirlər. Amma düşünürəm ki, onlar hələ razılaşmaya hazır deyillər. Çünki hər dəfə razılaşma əldə olunanda şərtləri dəyişmək istəyirlər."
Tramp həmçinin ABŞ-ın məqsədinin Hörmüz boğazına nəzarət etmək olmadığını vurğulayaraq bildirib:
"Bizə boğazlar lazım deyil. Bizə heç nə lazım deyil. Hörmüz boğazına da ehtiyacımız yoxdur. Biz bunu məcbur olduğumuz üçün edirik. İranın nüvə silahına sahib olmasına icazə verə bilmərik".
Aytən Yaşar/ Turkustan.az