Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonu vəzifəsindən azad edib.
Turkustan.az xəbər verir ki, bu barədə UNN məlumat yayıb.
Xatırladaq ki, Timur Tkaçenko 2024-cü il dekabrın 31-də Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl o, Ukraynanın İcmaların və Ərazilərin İnkişafı Nazirinin müavini vəzifəsində çalışıb, həmçinin “Ukrpoçta”nın Müşahidə Şurasının üzvü olub.
Qeyd edək ki, 1989-cu ildə anadan olan Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur. Onun atası 2023-cü ildə vəfat edib. /modern.az