Rusiya bu iki ölkəyə hücum edə bilər, daha sonra isə...


Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibə cəmiyyətlə arasında formalaşmış, insanları müharibənin nəticələrindən qorumağa əsaslanan qeyri-rəsmi "ictimai müqavilə"ni sarsıtmağa başlayıb.

Turkustan.az xəbər verir ki, bu sözləri amerikalı tanınmış politoloq Leon Aron bildirib.

Onun fikrincə, Putin bu vəziyyətdən çıxış yolu kimi NATO ölkələrindən birinə hücum edə, daha sonra isə müəyyən şərtlər müqabilində qoşunlarını geri çəkəcəyinə dair ultimatum irəli sürə bilər:

“Putini belə bir addıma sövq edən əsas amillər bunlardır: böyük hərbi itkilər, texnoloji sahədə irəliləyişlərin olmaması, neft və qaz gəlirlərinin azalması, neft emalı zavodlarına davam edən zərbələr və yanacaq böhranı, eləcə də Rusiya iqtisadiyyatının ağır vəziyyəti. Bütün bunların fonunda Putinin populyarlığı azalıb”.

O qeyd edib ki, Estoniya və Latviya Rusiyanın yaxınlığında yerləşdiyi üçün daha həssas vəziyyətdədilər. /axar.az/


MANŞET XƏBƏRLƏRİ