ABŞ və İran arasında artan gərginlik fonunda ABŞ Prezidenti Donald Tramp Tehrana sərt xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, o bildirib ki, əgər İran danışıqlar masasına oturmasa, ABŞ ölkənin bütün elektrik stansiyalarını və körpülərini hədəfə alacaq. Bu bəyanat Trampın Fox News-a verdiyi müsahibədə səsləndirdiyi fikirlərə əsaslanır.
Son günlər ABŞ və İran arasında qarşıdurma daha da kəskinləşib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı hərbi əməliyyatların davam etdiyini açıqlayıb. İran isə cavab olaraq Bəhreyn, Küveyt və İordaniyada yerləşən ABŞ hərbi bazalarını hədəfə aldığını bildirib.
Tramp Fox News-a müsahibəsində ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar, eləcə də Hörmüz boğazında yaranmış son vəziyyət barədə danışıb. O vurğulayıb ki, Vaşinqton Tehranın danışıqlara qayıtmasını istəyir və bunun baş verməyəcəyi təqdirdə daha sərt addımlar atılacağını istisna etməyib.
Aytən Yaşar/ Turkustan.az